Avropa Oyunları “CNN”in təqdimatında
Bizi izləyin

Bakı 2015

Avropa Oyunları “CNN”in təqdimatında

İyunun 12-də Azərbaycanın paytaxt Bakı şəhəri 6000 idmançının iştirak edəcəyi ilk Avropa Oyunlarını qəbul edəcək. “CNN” telekanalının saytı Azərbaycanda keçiriləcək oyunlar haqda məqalə dərc edib.

Publika.az həmin məqaləni təqdim edir:

Avropa Oyunları nədir?

Bu ay yeni eranın başlanğıcına qədəm qoyuruq: iyunun 12-də Azərbaycanın paytaxtı Bakı şəhərində 6000 idmançının iştirakı ilə ilk Avropa Oyunları keçiriləcək.

Hər 4 ildən bir baş tutacaq oyunlar barədə qərar 2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən qəbul edilib və dekabrda Romada Baş Assambleyanın iclasında elan edilib. Avropa Oyunları, 1951-ci ildən keçirilən Asiya Oyunları və Pan-Amerika Oyunlarının ekvivalentidir.

50 Avropa ölkəsinin nümayəndələri açılışı 12 iyun və bağlanışı 28 iyun tarixində keçiriləcək yarışda mübarizə aparacaqlar.

Hansı oyunlar keçiriləcək?

Oyunlarda 20 idman növü üzrə yarışlar aparılacaq. Bunlardan 16-sı Olimpiya, 4-ü isə yeni növlərdir.

Olimpiya Oyunlarından atıcılıq, atletika, badminton, cudo, voleybol, boks, kanoy, velosiped, qılıncoynatma, gimnastika, stolüstü tennis, taekvondo, triatlon və güləş kimi yarışlar daxildir.

Yeni oyunlar 3x3 basketbol, karate, çimərlik futbolu və sambo növləri üzrədir. Sambo oyununun kökləri Azərbaycanın da bir zamanlar tərkib hissəsi olduğu Sovet İttifaqının hərb tarixinə gedib çıxır. Bu döyüş sənəti 1920-ci ildə Qırmızı Ordunun əsgərlərinin əlbəyaxa döyüş qabiliyyətlərini artırmaq üçün tətbiq edilib və silahsız özünümüdafiə adlanır. Güləş və cudo döyüş növlərində sambo elementləri var, lakin qayda və məhdudiyyətlər arasında fərqliliklər mövcuddur.

Biz bu sahədə Rusiyanın daha yaxşı oyun nümayiş etdirəcəyini gözləyirik.

Atletlər üçün stimul nə ola bilər?

Avropa Oyunlarının iki əsas üstünlüyünün olacağı qeyd edilib: idmançılar həm medal qazanacaqlar, həm də Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Olimpiya oyunları üçün qiymətləndiriləcəklər.

Bakı haqqında nə bilirik?

İlkin versiyalara görə, Rusiya və Türkiyə bu yarışları keçirmək uğrunda mübarizə aparacaqdı. Lakin yarışı keçirmək üçün yeganə namizəd Bakı oldu və 2,5 milyonluq Bakı bu idman yarışına ev sahibliyi edəcək.

Bakı Cənubi Qafqazda və Xəzərin sahilində ən böyük şəhərdir. Neftlə zəngin olan şəhərin digər zənginlikləri də var. Şəhərdə parlaq ofis binaları, bulvar var və şəhərin mərkəzi küçələrində brend mağazalar fəaliyyət göstərir. Bu parlaqlıqdan kənara çıxanda, siz bu ərazinin əsl ürəyini - qədim şəhərin qala divarlarını görəcəksiniz. UNESCO-nun irsinə daxil olan bu ərazi 12-ci əsrə aiddir. Bu oyunlarla Azərbaycan özünü və paytaxtını diqqət mərkəzinə gətirmək istəyir. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun “The Guardian”a dediyi kimi, əsas məsələ ölkənin dünya və Avropa xəritəsində yerini göstərməkdir.

İkinci Avropa Oyunları 2019-cu ildə Hollandiyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm