Birinci Avropa Oyunlarının yayım məsələləri həll olunur
Bizi izləyin

Bakı 2015

Birinci Avropa Oyunlarının yayım məsələləri həll olunur

Dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunlarının yayım məsələləri ən yüksək səviyyədə həll edilir. Oyunlar bütün dünyada geniş yayımlanacaq.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin Beynəlxalq İdman Teleyayımı Şirkəti ilə imzaladığı saziş idmansevərlərə bu mötəbər tədbiri televiziya vasitəsilə və onlayn qaydada izləmək imkanı təqdim edir.

Birinci Avropa Oyunları zamanı Beynəlxalq İdman Teleyayımı Şirkəti 800 saatlıq yüksək keyfiyyətli teleyayım həyata keçirəcək. Eyni zamanda, hər gün yarım saat olmaqla yarışların əsas məqamlarına dair iki icmal hazırlayacaq.

Şirkət nümayəndələri bildiriblər ki, birinci Avropa Oyunları bütün dünyanın maraqla gözlədiyi möhtəşəm tədbirdir. Yarışların 144 ölkəyə canlı yayımı nəzərdə tutulub. Bunun üçün ən yüksək keyfiyyətli avadanlıqdan, bu işlərdə böyük təcrübəsi olan mütəxəssislərdən istifadə olunacaq. Bu işlərə yüksək hazırlıqlı 800 nəfərdən ibarət qrup cəlb edilib. Birinci Avropa Oyunları zamanı əməkdaşlıq edəcəyimiz dünyanın beş televiziya qurumundan biri də Azərbaycan Televiziyasıdır. Azərbaycan Televiziyası indiyədək bir sıra dünya səviyyəli yarışların yayımını yüksək səviyyədə həyata keçirib. Əminik ki, bu kanal üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirəcək.

Bu şirkət dünyada idman yayımında üstün və yenilikçi xüsusiyyətlərinə görə tanınır. 1996-cı ildə Manolo Romero tərəfindən əsası qoyulan şirkət çoxlu sayda mötəbər idman tədbirlərinin yayımını həyata keçirib. Buraya yeddi Olimpiya, altı Paralimpiya, eləcə də Pan-Amerika oyunları, dünya çempionatları və kuboku yarışları, digər idman tədbirləri daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm