Daha dörd ölkənin idmançıları Azərbaycana gəldi
Bizi izləyin

Bakı 2015

Daha dörd ölkənin idmançıları Azərbaycana gəldi

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının ölkəmizə gəlməsi davam edir.

Trend-in məlumatına görə, artıq İspaniya, Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri Azərbaycana gəlib.

Onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllüləri qarşılayıblar.

Nümayəndə heyətləri onlar üçün ayrılmış xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

Qeyd edək ki, bundan əvvəl Portuqaliya, Almaniya və İrlandiya idmançıları Azərbaycana gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm