Bakı-2015: İştirakçı ölkələrin siyahısı və idmançıların sayı
Bizi izləyin

Bakı 2015

Bakı-2015: İştirakçı ölkələrin siyahısı və idmançıların sayı

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarında yarışacaq idmançıların tam siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, 17 gün ərzində baş tutacaq yarışda 20 idman növündə ən böyük heyətlə Rusiya təmsil olunacaq.

Şimal qonşularımız paytaxtımızda 359 idmançısını sınaqdan keçirəcək. Yay və Qış Olimpiya Oyunlarının da lideri olan ruslar Avropa Oyunlarında da əsas favoritlərdəndir.

Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Apenninlər yarışa 291 idmançı ilə qatılacaqlar. Azərbaycanın da Avropa Oyunlarında bu sayda atletlə təmsil olunacağı gözlənilsə də, son anda bu rəqəm 289-a düşüb. Siyahını Monako qapayır. “Cırtdan ölkə” təmsilçisi yarışa cəmi 6 idmançı ilə gələcək.

Siyahı

Rusiya – 359 idmançı

İtaliya – 291

Azərbaycan – 289

Almaniya – 266

Fransa – 251

Ukrayna – 243

İspaniya – 216

Polşa – 212

Macarıstan – 200

Türkiyə - 191

Slovakiya – 179

Böyük Britaniya – 158

Belarus – 150

Rumıniya – 146

Avstriya – 145

İsrail – 141

Yunanıstan – 138

Serbiya – 133

Çexiya – 130

İsveçrə – 130

Bolqarıstan – 127

Hollandiya – 120

Belçika – 117

Xorvatiya – 109

Finlandiya – 106

Gürcüstan – 105

Portuqaliya – 100

Moldova – 86

Sloveniya – 83

İsveç – 76

Litva – 71

Latviya – 67

Danimarka – 65

İrlandiya – 63

Malta – 61

Lüksemburq – 61

Estoniya – 59

Norveç – 58

Bosniya və Herseqovina – 56

Moteneqro – 55

Makedoniya – 45

Andorra – 31

Albaniya – 28

Ermənistan – 25

Kipr – 23

San-Marino – 20

İslandiya – 19

Kosovo – 18

Lixtenşteyn – 10

Monako – 6

Oxumağa davam et
Reklam
Reklam

Gündəm