“Avropa Oyunlarında qələbə üçün meydana çıxacağıq”
Bizi izləyin

Bakı 2015

“Avropa Oyunlarında qələbə üçün meydana çıxacağıq”

66 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Həsən Əliyev Avropa Oyunlarına hazırlıqdan danışıb.

Publika.az-a açıqlama verən idmançı ciddi təlim-məşqlərin keçirildiyini və qələbə üçün meydana çıxacaqlarını deyib:

“Avropa Oyunlarına ciddi məşqlərlə hazırlaşırıq. I Avropa Oyunlarında bizdən qələbə gözləyirlər. İlk Avropa Oyunlarının ölkəmiz üçün uğurlu olacağına inanıram. Yarışların uğurlu olması üçün Azərbaycan qısa vaxtda böyük əmək sərf edib. Bu mötəbər turnir üçün ölkəmizdə çox gözəl idman kompleksləri tikilib. İndi ən vacib olan zədələrdən qorunmaqdır. Allah eləməsin zədələnsək, bərpa prosesi keçməliyik. Amma vaxt azlığına görə sağalmaq imkanımız olmayacaq. Düzdür, Oyunlara görə bir az həyəcan var. Ancaq biz hazırıq”.

Rəqibləri barədə də danışan idmançı onlar haqda məlumatlı olduğunu bildirib:

“Avropa Oyunlarında qarşılaşacağım rəqiblərin hamısı haqqında məlumatım var. Demək olar ki, hər biri ilə də görüşmüşəm. 7-8 rəqibim var. Meydana qızıl üçün çıxacam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm