Fransada Avropa Oyunları ilə bağlı sərgi keçirilir
Bizi izləyin

Bakı 2015

Fransada Avropa Oyunları ilə bağlı sərgi keçirilir

Fransa Milli Olimpiya və İdman Komitəsinin İnternet səhifəsi "Azərbaycan – İdman foto obyektivdə" adlı sərgi haqqında məlumat yerləşdirib.

Publika.az-ın məlumatına görə, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Fransa Milli Olimpiya və İdman Komitəsinin, və Nitsa Milli İdman Muzeyi ilə birgə əməkdaşlığı təşkil edilən sərgi 5-28 iyun tarixlərində Parisdəki Fransa İdman Evində keçiriləcək.

“Bakı 2015” I Avropa Oyunlarına həsr olunmuş foto sərgi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin rəsmi İnternet səhifəsində /http://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html/, həmçinin, qurumun bülletenində və facebook səhifəsində yerləşdirilib.

Fransa İdman Evində nümayiş etdiriləcək foto şəkillər 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm