• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İngiltərə saytı I Avropa Oyunlarına hazırlıqdan yazıb

İngiltərə saytı I Avropa Oyunlarına hazırlıqdan yazıb

Böyük Britaniyanın “cyprusscene.com” saytında “Azərbaycanda I Avropa Oyunlarının sevinci ” başlıqlı məqalə dərc olunub.

Məqalədə Böyük Britaniyanın 153 idmançının Avropa Oyunlarında 13 idman növündə mübarizə aparacğı vurğulanıb.

Sayt I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük nailiyyət olduğu qeyd edib: “Bu qərara imza atanlar yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub”.

Məqalədə Oyunların keçiriləcəyi idman qurğularının dünya standartlarına cavab verdiyi bildirilib: “İlk Avropa Oyunları üçün Bakıda Qafqazda ən böyük olan 65 min tutumlu Olimpiya stadionu tikilib. Azərbaycan özünə güvənir və bu idman yarışına dostluq, birlik tədbiri kimi yanaşır. Məhz buna görədir ki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarına qatılacaq hər bir idmançının maliyyə xərclərini öz üzərinə götürüb”.

Sayt Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Almaniyanın Kann şəhərində “Bakı-Avropa Oyunları – 2015”in təntənəli təqdimatı zamanı çıxışından sitat gətirib: “Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Məqalədə Azərbaycanın bütün bölgələrində, ən çox da paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqunun artdığı bildirilib: “Əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb. Maraqlıdır ki, hər bir rayon sakini bu ictimai faydalı işə öz töhfəsini verməyə çalışır”.


Saytda aprelin 26-da Prezident İlham Əliyevin Atəşgahda “Bakı-2015” ilk Avropa Oyunları məşəlini alovlandırması mərasimi haqqında da məlumat verilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR