“Bakı-2015” birinci Avropa Oyunlarına velosipedlə” layihəsinin iştirakçıları iyunun 6-da Azərbaycana çatacaq
Bizi izləyin

Bakı 2015

“Bakı-2015” birinci Avropa Oyunlarına velosipedlə” layihəsinin iştirakçıları iyunun 6-da Azərbaycana çatacaq

“Bakı-2015” birinci Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər iyunun 6-da Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar.

Aprelin 10-da Portuqaliyadan yola düşən velosipedçi Jorge Kristovao ümumilikdə 6 min kilometrdən artıq məsafə qət edib.

Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” klubunun 7 üzvü isə mayın 5-də Dubrovnikdən yürüşə başlayıblar. Onların marşrutunun uzunluğu təxminən 4 min kilometrdir.

Hazırda hər iki ölkə velosipedçiləri Gürcüstan ərazisindədirlər. Onlar iyunun 6-da saat 13:30-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük–keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm