Nailə Mirməmmədli: “Bizim necə qonaqpərvər xalq olduğumuzu görəcəklər”
Bizi izləyin

Bakı 2015

Nailə Mirməmmədli: “Bizim necə qonaqpərvər xalq olduğumuzu görəcəklər”

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nailə Mirməmmədli Azərbaycanda ilk dəfə keçirilən “Bakı-2015” Avropa Oyunlarının sevincini yaşadığını deyib.

Publika.az-a açıqlama verən xanım bəstəkar ölkəmizin bayram ab-havasına büründüyünü bildirib: “Bu elə bir xoş hadisədir ki, hələ uzun müddət təəssüratlarından ayrıla bilməyəcəyik. Dünyanın güclü dövlətlərinin idmançıları ölkəmizə gələcək. Bu idman yarışması zamanı həm də xalqlarımız bir-birinə yaxınlaşacaq. Azərbaycanın necə qonaqpərvər bir xalq olduğunu daha yaxından görəcəklər. Bir azərbaycanlı vətəndaş kimi bu hadisədən fəxarət hissi keçirirəm. Ölkəmizin dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edən bu mötəbər hadisə hələ uzun illər danışılacaq. Mən hər bir azərbaycanlıma üzümü tutub deyirəm ki, gəlin öz mədəniyyətimizi, qonaqpərvərliyimizi layiqincə nümayiş etdirək”.

Avropa Oyunlarının bir ilk kimi tarixə yazılacağını deyən Nailə Mirməmmədli ölkəmizin hələ daha neçə belə ilklərə imza atacağını bildirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm