Cüdoçu: Avropa Oyunlarına görə həm həyəcan, həm də məsuliyyət var
Bizi izləyin

Bakı 2015

Cüdoçu: Avropa Oyunlarına görə həm həyəcan, həm də məsuliyyət var

Cüdoçu Ramin Qurbanov ölkəmizi Avropa Oyunlarında 90 kq çəki dərəcəsində təmsil edəcək.

O, Publika.az-a açıqlamasında öncə Avropa Oyunlarında, sonra olimpiadada qələbə qazanmağı hədəflədiyini deyib:

“İlk Avropa Oyunları böyük idman bayramıdır. Bu yarışlar zamanı bütün dünyanın və Avropanın diqqəti Azərbaycanda olacaq. Bu yarış bir tarixdir. Necə ki, olimpiya deyiləndə Yunansitan yada düşür, Avropa Oyunları da deyiləndə hər zaman Azərbaycan yada düşəcək.

Belə bir yarış ölkəmizdə keçirildiyi üçün hər kəs çox məsuliyətlə yanaşır. Təbii ki, həyəcan da var.

İndi əsas ilk məqsədim Avropa Oyunlarında yaxşı nəticə verməkdir. Bundan sonra Olimpiya Oyunlarında qələbə qazanmaq istəyirəm. Çünki bu yarışlar mənim karyeram üçün çox önəmlidir”.

Məlumat üçün bildirək ki, Bakı 2015 Avropa Oyunlarında cüdo üzrə yarışlar iyunun 25-28-də baş tutacaq. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 350-dən çox cüdoçu iştirak edəcək. Kişi və qadın idmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Çoxsaylı idman oyunlarından birincisidir ki, ilk dəfə Avropa miqyasında gözdən əlil idmançılar arasında da cüdo yarışı keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm