Portuqaliyalı velosipedçi Azərbaycandadır - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Portuqaliyalı velosipedçi Azərbaycandadır - FOTOLAR

Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana səfər edən portuqaliyalı Jorge Kristovao artıq ölkəmizdədir.

Publika.az xəbər verir ki, aprelin 10-da Lissabondan yola düşən velosipedçi bu gün Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.

Qonağı Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb. Qeyd edək ki, Jorge Kristovao səyahət zamanı ümumilikdə 6600 km məsafə qət etməlidir. O Azərbaycanda Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ - İsmayıllı - Şamaxı - Qobustan - Bakı marşrutu ilə hərəkət edəcək. Portuqaliyalı velosipedçi Bakıya iyunun 10-da gələcək və Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinə özü ilə gətirdiyi ölkəsinin bayrağını təqdim edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm