Xalq artisti: “Hər bir azərbaycanlı bu möhtəşəm tədbirin əzəmətini anlamalıdır"
Bizi izləyin

Bakı 2015

Xalq artisti: “Hər bir azərbaycanlı bu möhtəşəm tədbirin əzəmətini anlamalıdır"

Xalq artisti, Opera və Balet Teatrının solisti Samir Cəfərov ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının əhəmiyyətindən danışıb.

Publika.az-a açıqlama verən xalq artisti “Bakı 2015”-i qürurverici hadisə kimi dəyərləndirib:

“Biz yeni yaranmış dövlətik. Buna baxmayaraq, Ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində sözü, gücü, qüdrəti olan ölkəyə çevrildi. Avropa Oyunları səviyyəsində tədbir keçirmək, bu şərtlərlə böyük bir yarışa ev sahibliyi etmək müstəqilliyinin 20-30 yaşı olan bir ölkənin işi deyil. Görün, Azərbaycan hansı qüdrətə sahibdir ki, inkişaf etmiş ölkələrin belə çətinliklə öhdəsindən gələ biləcəyi bir beynəlxalq tədbirin keçirilməsini öhdəsinə götürüb”.

S.Cəfərovun fikrincə, belə tədbirlərin keçirilməsinin ölkəmiz üçün xüsusi əhəmiyyəti var:

“Bu tədbir ölkəmizin dünyada tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır. Bundan öncə daha bir nüfuzlu tədbir-“Eurovision” mahnı yarışı da keçirildi. Dünyanın gözü ölkəmizə dikildi. İndi yenə bütün nəzərlər Bakıdadır. Təsəvvür edin, bütün dünya Azərbaycanda keçiriləcək Avropa Oyunlarından danışacaq. Bu qürurverici hadisədir. Hər bir azərbaycanlı bu möhtəşəm tədbirin əzəmətini anlamalı və fəxarət hissi keçirməlidir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm