• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı 2015: Ukrayna boks yığmasının heyəti açıqlandı

Bakı 2015: Ukrayna boks yığmasının heyəti açıqlandı

Boks üzrə Ukrayna millisinin baş məşqçisi Dmitri Sosnovski komandanın Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək heyətini açıqlayıb.

Publika.az xəbər verir ki, boks turniri 16-27 iyun tarixlərində keçiriləcək.

Kişilər arasında turnir ənənəvi 10 çəki dərəcəsi üzrə keçiriləcək: 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və +91 kq.

Bundan əlavə, yarışlarda qadın atletlər də iştirak edəcək. Boks üzrə zərif cinsin nümayəndələri 51 kq, 54 kq, 60 kq, 64 kq və 75 kq çəki dərəcələrində yarışacaqlar.

Ukrayna yığmasının heyəti

Kişilərdən ibarət komanda:

49 kq: İqor Sopinski

52 kq: Dmitri Zamotayev

56 kq: Yuri Şestak

60 kq: Timur Belyak

64 kq: Viktor Petrov

69 kq: Yaroslav Samofalov

75 kq: Vladislav Voytalyuk

81 kq: Aleksandr Xijnyak

91 kq: Qevorq Manukyan

+91 kq: Vladislav Sirenko

Baş məşqçi: Dmitri Sosnovski

Qadınlardan ibarət komanda:

51 kq: Tatyana Kob

75 kq: Yekaterina Şambir

Baş məşqçi: Sergey Qordienko

Qeyd edək ki, 5 gündən sonra start götürəcək İlk Avropa Oyunlarında boks yarışları 16-27 iyun tarixlərində keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR