• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İtaliyalı çimərlik futbolçusu: Əsas hədəfimiz lider olmaqdır

İtaliyalı çimərlik futbolçusu: Əsas hədəfimiz lider olmaqdır

“Bakı 2015”-də çimərlik futbolu maraqla izlənəcək yarışlardan biri olacaq. Səkkiz ölkənin komandası birincilik uğrunda mübarizə aparacaq. Liderliyə iddialı yığmalardan biri də İtaliya komandasıdır. Massimiliano Espositonun rəhbərliyi ilə bu komanda yarışlara ciddi hazırlaşır.

Publika.az xəbər verir ki, İtaliyanın çimərlik futbolu üzrə milli komandasının üzvü Matteo Marrucci “Bakı-2015”ə hazırlıqlar və ümumiyyətlə komandanın uğurları barədə fikirlərini bölüşüb:

“Bakıdakı yarışlarda əsas hədəfimiz lider olmaqdır. Hər birimiz qalibiyyəti ürəkdən istəyirik. Lakin bizə bəllidir ki, yarışlar heç də asan keçməyəcək. Nəzərə alsaq ki, ən sonuncu dünya kubokunun finalçıları olan Rusiya və İspaniya ilə eyni qrupda mübarizə aparacağıq, yarışların gərgin keçəcəyi gözləniləndir. Buna baxmayaraq, biz komanda olaraq, çəkinmədən mübarizəmizi davam etdirəcəyik”.

İdmançı çimərlik futbolunun qeyri-olimpiya idman növü olmasına baxmayaraq, “Bakı 2015”-in proqramına daxil edilməsindən məmnun olduğunu deyib:

“Bu idman növünün İlk Avropa Oyunlarının proqramına salınması tarixi bir hadisədir. Gələcəkdə Olimpiya Oyunlarında bu yarışların keçirilməsinə ümid edirəm. Açığı, Braziliya bu idman növünün vətəni hesab olunduğu üçün, “Rio-2016” Yay Olimpiya Oyunlarına çimərlik futbolunun daxil edilməsini çox gözləyirdim. Hesab edirəm ki, 2020-ci ildə Tokioda keçiriləcək Oyunlaradək bu məsələ həllini tapar”.

M.Marrucci “Bakı 2015”-in idman tarixində yeni bir səhifə açacağına əminliyini bildirərək deyib: “Bu tarixi yarışa bütün diqqətimiz köklənməli və son dərəcədə hazırlıqlı olmalıyıq. Bizim üçün bu Oyunlarda yaxşı nəticə göstərmək olduqca vacibdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR