İlk Avropa Oyunlarının məşəli Neft daşlarında
Bizi izləyin

Bakı 2015

İlk Avropa Oyunlarının məşəli Neft daşlarında

Bakı 2015 İlk Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Ölkəmizi gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli bölgələrdə səyahətini başa vurduqdan sonra dünyada dənizdə ilk neft platforması olan Neft daşlarına aparılıb.

Publika.az xəbər verir ki, İlk Avropa Oyunlarının məşəli helikopterlə Bakının Pirallahı rayonunun ərazisində yerləşən və dünyada ilk neft platforması olan Neft daşlarına gətirildi.

Neft daşlarında Oyunların məşəlini əməkdar neftçi, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qəbul etdi. Neft daşları qəsəbəsinin sakinləri və dəniz neftçiləri İlk Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşıladılar.

Oyunların məşəli Neft daşları qəsəbəsini dolaşaraq burada qurulmuş səhnəyə gətirildi.

Daha sonra əməkdar neftçi Xoşbəxt Yusifzadə məşəli alovlandırdı.

Akademik Xoşbəxt Yusifzadə ölkəmizin “Bakı-2015” ilk Avropa Oyunları kimi mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Neft daşları qəsəbəsinə təhvil verildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm