Məşhurlar məşəl yürüşündə - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Məşhurlar məşəl yürüşündə - FOTOLAR

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin paytaxt Bakıdakı səyahətində tanınmış sənətçilər iştirak edib. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Daha sonra məşəl estafeti Ağ Şəhər bulvarından başlayaraq Neftçilər prospekti və Dövlət Bayrağı Meydanınadək davam edib.

Məşəl yürüşündə xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Fidan və Xuraman Qasımovalar, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Aygün Bayramova, Nəzakət Teymurova, Amaliya Pənahova, “Eurovision” mahnı müsabiqəsindəki təmsilçilərimiz Səbinə Babayeva, Dilarə Kazımova iştirak ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm