Araz Əlizadə: “Avropa Oyunlarının açılış gününü səbirsizliklə gözləyirəm”
Bizi izləyin

Bakı 2015

Araz Əlizadə: “Avropa Oyunlarının açılış gününü səbirsizliklə gözləyirəm”

“Mən Birinci Avropa Oyunlarını yaxından izləyəcəyəm. Futbolu daha çox sevirəm. Amma təəssüf ki, Birinci Avropa Oyunlarında futbol yoxdur. Düzdür, güləş, çimərlik futbolu var, amma bu növlər əsas futbolun yerini vermir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Birinci Avropa Oyunları ilə bağlı danışarkən deyib. Partiya sədri oyunların açılacağı günü səbirsizliklə gözlədiyini bildirib: “Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsindən çox məmnunam. Bu, çox lazımlı beynəlxalq idman tədbiridir. Azərbaycanda tikilən idman obyektlərinin gələcəkdə bizə böyük olimpiadanı keçirmək imkanı yaradacağına ümid edirəm. Həmin vaxta qədər bununla bağlı infrastruktur tam hazır olacaq. Əvvəllər olimpiadaya ev sahibliyi etmək təklifimizə mənfi cavab vermələrini onunla əsaslandırırdılar ki, guya bizim bu sahədə təcrübəmiz yoxdur. Biz birinci Avropa Oyunları ilə böyük təcrübə əldə etmiş olacağıq. Bu həm də Azərbaycana külli miqdarda gəlir gətirəcək. Bu gün idman obyektlərinə sərf olunmuş maddi vəsaitlərin hamısını tədricən geri qaytaracağıq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm