“2016olympicsrio.org” saytında Avropa Oyunları ilə bağlı məqalə
Bizi izləyin

Bakı 2015

“2016olympicsrio.org” saytında Avropa Oyunları ilə bağlı məqalə

“2016olympicsrio.org” saytında Azərbaycanın bölgələrinə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdıran “Bakı-2015”-in məşəlinin iyunun 7-də paytaxta gətirilməsi barədə məqalə verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 100 məşəlçinin iştirak etdiyi yürüşün 16 kilometr məsafəni əhatə etdiyi qeyd olunur.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Dənizkənarı Milli Parkda məşəli qəbul edərək estafet yürüşündə iştirak etmələri oxucuların diqqətinə çatdırılır.

Məqalədə birinci Avropa Oyunları, məşəlin səyahəti, keçiriləcək yarışlar, atletlər barədə də ətraflı məlumat verilir.

Yazının tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:http://www.2016olympicsrio.org/2016-olympic-news/baku-2015.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm