“Gettyimages”in saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı FOTOSESSİYA
Bizi izləyin

Bakı 2015

“Gettyimages”in saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı FOTOSESSİYA

Dünyaca məşhur “Gettyimages”in saytında Böyük Britaniyadan olan fotomüxbir Riçard Heskotun Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Bakıda etdiyi fotosessiya yer alıb.

AZƏRTAC xəbər verir ki, fotosessiyada “Bakı-2015”-in məşəlinin, Beynəlxalq Gimnastika Arenasının, Şirvanşahlar Sarayının, Azneft meydanındakı geri sayım saatının, İçərişəhərin, eləcə də Oyunların atributları ilə bəzədilmiş şəhərin şəkilləri var.

“Gettyimages” dünyanın məşhur fotoqraflarını bir araya gətirən saytdır. Riçard Heskot Böyük Britaniyada məşhur televiziya kanalları, eləcə də sənədli filmlər üçün şəkillər çəkən peşəkar fotomüxbirdir.

Fotosessiya ilə bu linkdən tanış ola bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm