“Rio 2016”-nın rəsmi saytı İlk Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsindən yazdı
Bizi izləyin

Bakı 2015

“Rio 2016”-nın rəsmi saytı İlk Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsindən yazdı

“2016olympicsrio.org” saytında Azərbaycanın bölgələrinə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdıran “Bakı 2015”-in məşəlinin iyunun 7-də paytaxta gətirilməsi barədə məqalə verilib.

Publika.az xəbər verir ki, məqalədə 100 məşəlçinin iştirak etdiyi yürüşün 16 kilometr məsafəni əhatə etdiyi qeyd olunur.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Dənizkənarı Milli Parkda məşəli qəbul edərək estafet yürüşündə iştirak etmələri oxucuların diqqətinə çatdırılır.

Məqalədə Birinci Avropa Oyunları, məşəlin səyahəti, keçiriləcək yarışlar, atletlər barədə də ətraflı məlumat verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm