Bakı 2015
Bakı 2015: Azərbaycanı 24 güləşçi təmsil edəcək – YEKUN SİYAHI AÇIQLANDI
Bakı 2015 I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilərin adları açıqlanıb.
Publika.az xəbər verir ki, ümumilikdə Oyunlarda ölkə adından 24 pəhləvan çıxış edəcək.
Baş məşqçi Cəmşid Xeyrəbadi yarışlarda 8 yunan-Roma güləşçisinə şans verəcək. Bunlar Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabahi Şəriətidir (130 kq).
Semyon Çeterovun baş məşqçisi olduğu qadınlardan ibarət yığma komandada Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Natalya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) yer alıb.
Yunan-Roma və qadınlardan ibarət sərbəst güləşdə olduğu kimi, kişilərin sərbəst güləşində də 8 pəhləvan medallar uğrunda yarışacaq. Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov Oyunlara 8 pəhləvan göndərib. Yaşar (57 kq) və Hacı Əliyev (61 kq) qardaşları, Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (90 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) ən güclü olmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, güləş üzrə yarışlar Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yunan-Roma güləşi 13-14, sərbəst güləş üzrə yarışlar isə 15-18 iyunda keçiriləcək.
Aygün İlqarqızı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB