“Eurovision” iştirakçısından Avropa Oyunlarına həsr olunan mahnı - VİDEO
Bizi izləyin

Bakı 2015

“Eurovision” iştirakçısından Avropa Oyunlarına həsr olunan mahnı - VİDEO

Dünən Dənizkənarı Milli Parkda "Bakı 2015" Avropa Oyunlarına həsr edilən konsert proqramı keçirilib.

Konsert proqramımın açılışını Azərbaycanın xalq artisti Aygün Kazımova edib. O, “Azərbaycan” adlı mahnısı ilə hər kəsi coşdurmağı bacarıb. Aygün Kazımova səhnəyə çıxmazdan əvvəl isə Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək hər bir idmançı alqışlarla səhnəyə dəvət olunub.


Tədbirin sonunda xalq artisti Samir Cəfərov, əməkdar artist Sevda Ələkbərzadə və "Eurovision" təmsilçimiz Elnur Hüseynov "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnını birlikdə səsləndiriblər. “Natiq-Ritm” qrupunun müşayiəti ilə “Üçlük” mahnını həm ingilis, həm də Azərbaycan dilində səsləndirib.

“İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı konsert ASAN və BEGOC könüllüləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin AzTv tərəfindən təşkil olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm