Londonda Avropa Oyunlarının təqdimatı olub
Bizi izləyin

Bakı 2015

Londonda Avropa Oyunlarının təqdimatı olub

Böyük Britaniyanın London Universitet Kollecində Bakı 2015 İlk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində təhsil alan Nicat Baxşəliyev tərəfindən təşkil olunub. Tədbirdə həmyerlilərimizlə yanaşı, Böyük Britaniya, Fransa və İtaliyadan olan tələbələr də iştirak ediblər.

Təqdimatdan əvvəl Kollecdə Avropa Oyunları ilə bağlı posterlər yerləşdirilib.

Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan Bakı 2015 Birinci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq İlk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçiriləcəyi haqqında məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatın gedişində I Avropa Oyunlarının keçiriləcəyi idman arenaları haqqında fotoşəkillər və Oyunlarla bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm