• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Bakı 2015-ə həsr olunmuş flaşmob keçirildi

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Bakı 2015-ə həsr olunmuş flaşmob keçirildi

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunan flaşmob keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, flaşmob paytaxtın M. Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.

RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində "Bakı-2015" loqotipi olan gödəkcə, qələm və broşürləri parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri, bütün Azərbaycanı diyar-diyar gəzən Avropa Oyunları məşəli haqqında məlumat veriblər.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev APA-ya açıqlamasında bildirib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçirib: "Leyla Əliyevanın təşəbbüsü ilə "Bakı-2015"-ə həsr olunan Universiyada təşkil etdik. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələri bu universyiadada iştirak etdilər. Bu gün keçirilən flaşmob da "Bakı-2015"-ə dəstək layihəsi çərçivəsində baş tutub".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR