Adilə Qurbanova: “Avropa Oyunlarında Azərbaycanı təmsil edəcəyim üçün qürurluyam”
Bizi izləyin

Bakı 2015

Adilə Qurbanova: “Avropa Oyunlarında Azərbaycanı təmsil edəcəyim üçün qürurluyam”

Xəbər verdiyimiz kimi, artıq Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı bəllidir. Bu mötəbər turnirin iştirakçılarından biri də Adilə Qurbanovadır. Xanım idmançı Azərbaycanı karatenin şəxsi kata üslubunda təmsil edəcək.

O, Avropa Oyunlarında ölkəmizi təmsil edəcəyi üçün qürur hissi keçirdiyini dilə gətirib. Publika.az-a danışan Qurbanova İlk Avropa Oyunlarını bütün Avropa üçün önəmli hadisə kimi qiymətləndirib:

“Doğrudan da sevindirici, qürurverici haldır ki, Azərbaycan idmanı belə inkişaf edir. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi önəmli hadisələrdən biridir. Həmçinin bu mötəbər turnir ölkəmizin şöhrətini daha da artıracaq. Göz qabağındadır ki, Azərbaycanda idmana dövlət tərəfindən xüsusi diqqət və qayğı var. Bu da biz idmançıları sevindirir. Bundan əlavə idmana gəlmək istəyənlər üçün stimul olur. Bu Oyunlarda ölkəmizi təmsil etdiyim üçün qürur hissi duyuram. İnanıram ki, idmançılarımız bu yarışlarda uğurlu çıxış edəcəklər və medallarla xalqımızı sevindirəcəklər. Bayrağımızı yüksəltmək üçün mübarizə aparacağıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm