34 ölkənin nümayəndələri Atletlər Kəndində toplaşdı
Bizi izləyin

Bakı 2015

34 ölkənin nümayəndələri Atletlər Kəndində toplaşdı

Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar Atletlər Kəndində yerləşdirilmiş 34 ölkənin Milli Olimpiya Komitəsinin (MOK) üzvləri ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, ilk iclasa MOK-ları təmsil edən komandaların üzvləri və "Bakı 2015"-in heyəti ilə yanaşı, Avropa Olimpiya Komitələrinin nümayəndələri də qatılıb.

Toplantıda qonaqlara Oyunlar barədə son məlumatlar verilib. Bildirilib ki, belə yığıncaqların iki gündən bir dəfə keçirilməsi planlaşdırılır. Növbəti görüşün iyunun 9-da baş tutacağı gözlənilir.

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyunda keçiriləcək. Oyunlarda ümumilikdə 20 idman növü üzrə Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm