Bakı 2015: Türkiyəli idmançıların bir qrupu Azərbaycana gəldi
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Türkiyəli idmançıların bir qrupu Azərbaycana gəldi

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları və nümayəndə heyətləri ölkəmizə gəlməkdə davam edirlər.

Publika.az xəbər verir ki, Oyunlarda iştirak edəcək türkiyəli idmançıların bir qrupu iyunun 8-də Azərbaycana gəlib.

Qardaş ölkə idmançılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı 2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və Birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.

Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

“Bakı 2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm