Prezident və ailəsi məşəl estafetində - VİDEOLAR
Bizi izləyin

Bakı 2015

Prezident və ailəsi məşəl estafetində - VİDEOLAR

“Bakı-2015” birinci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Aprelin 26-dan başlayaraq Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzən ilk Avropa Oyunlarının məşəli iyunun 7-də Bakıya gətirildi.

Azərbaycanın simvollarından biri hesab olunan Neft Daşlarından paytaxta gətirilən məşəli dənizkənarı Milli Parkdakı “Sadko” limanında Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. Daha sonra ilk Avropa Oyunlarının alovu dövlət başçısının ailə üzvlərinə - ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya, oğlu Heydər Əliyevə ötürüldü. Prezidentin ailə üzvləri minlərlə insanın alqış sədaları altında ilk Avropa Oyunlarının məşəlini şəhərdə gəzdirib, digər məşhurlara ötürdülər.

Publika.az Prezident və ailəsinin ilk Avropa Oyunlarının məşəlini daşımasını əks etdirən videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm