İspaniya mediası I Avropa Oyunlarına geniş yer ayırır
Bizi izləyin

Bakı 2015

İspaniya mediası I Avropa Oyunlarına geniş yer ayırır

İspaniya mətbuatı Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı məqalələr, yazılar yerləşdirməkdə, möhtəşəm idman hadisəsinə geniş yer ayırmaqda davam edir.

Məqalələrdə həm tarix yazacaq I Avropa Oyunları, həm də bu idman yarışına ev sahibliyi edəcək ölkə Azərbaycan haqqında məlumatlar yer alır.

Publika.az xəbər verir ki, “laopiniondemurcia” saytı oyunlarda iştirak etmək üçün gələn İspaniya nümayəndə heyəti ilə bağlı məlumat verərək ilk Avropa Oyunlarında təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib. Sayt qısa müddət ərzində bu cür hazılıq işlərinin aparılmasını rekord göstərici kimi qiymətləndirir.

Bundan başqa, “hortanoticias saytı” isə materialda ilk Avropa Oyunlarının fonunda ev sahibi ölkə olan Azərbaycan barədə məlumatlar dərc etməklə eyni zamanda, idmançılara boş vaxtlarında istirahət etmək üçün ayrılmış məkanlar barədə də qeyd edib. Məlumatlarda İçəri şəhərin ən çox turist cəlb edən qədim yerlərdən biri olduğu da vurğulanıb.

Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm