Məşqçi: “Avropa Oyunlarında mübarizə aparmaq üçün səbirsizlənirlər”
Bizi izləyin

Bakı 2015

Məşqçi: “Avropa Oyunlarında mübarizə aparmaq üçün səbirsizlənirlər”

I Avropa Oyunlarına 3 gün qaldı. Vaxt azaldıqca həyəcan artır. Axı ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarında medal qazanmaq qürurvericidir. Elə sözlərimizi kamandan oxatma üzrə milli komandanın məşqçisi Natiq Fazilov da təsdiqlədi.

Publika.az-a açıqlamasında mütəxəssis qürurverici yarışda mübarizə üçün səbirsizləndiklərini dilə gətirib. Natiq Fazilovun sözlərinə görə, gənclərdən toplanmış heyətimiz heç də rəqiblərindən qorxmur. Əksinə medal qazanmaq üçün mübarizə aparacaqlarını dilə gətirib:

“İlk Avropa Oyunlarında 6 idmançı - Aleksey Kopnin, Senyuk Taras, Roman Vengerov, Senyuk Olqa, Nurlana Vəliyeva, Leyla Fazilova çıxış edəcək. Düzdür, heyətimiz gənclərdən ibarətdir. Ancaq onlar Avropa Oyunlarında medal qazanmaq üçün çox çalışıblar, hər gün məşq ediblər. Artıq 3 gün qalıb. İdmançılarımız rəqiblərindən qorxmurlar. Əksinə medal qazanmaq üçün səbirsizlənirlər. Azərbaycanı təmsil edən hər bir idmançımız bacardığı qədər yüksək xal toplamaq üçün mübarizə aparacaq. Məqsədimiz həm şəxsi, həm də komanda hesabında medal qazanmaqdır. Bunun üçün də bütün gücümüzü ortaya qoyacağıq ki, hər kəsi sevindirə bilək. Hər bir idmançıya uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Bakı 2015”-də Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Avropa Oyunlarının formatı 64 kişi və 64 qadına rekursiv kaman kateqoriyası üzrə fərdi və komanda yarışlarında və eləcə də qarışıq komanda yarışlarında iştirak etmək imkanı verəcək. Ümumilikdə beş medal yarışı olacaq.

Beş dəst medalın 2 dəsti kişilər və qadınlar arasında şəxsi birincilikdə, 2 dəsti kişilərdən və qadınlardan ibarət komandaların yarışında, 1 dəsti qarışıq komanda yarışlarında oynanılacaq. Komandanın tərkibinə 3 kişi və 3 qadın oxatan daxil olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm