I Avropa Oyunlarının məşəli Alov Qülləsində - FOTO
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunlarının məşəli Alov Qülləsində - FOTO

Bakı 2015 I Avropa Oyunlarının məşəli Alov Qüllələrində olub.

Publika.az xəbər verir ki, məşəli alpinist Renat Rəhimxanov daşıyıb. O, məşəli binanın damından kanatla enərək düşürüb.

Oyunlar zamanı bu binada "Bakı 2015"-in tədbir və konfransları keçiriləcək. Günün ikinci yarısında isə məşəl Qoşa Qala qapısına aparılacaq.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəldaşıyanlara ötürüb.

Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm