İtaliya saytı: Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır
Bizi izləyin

Bakı 2015

İtaliya saytı: Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır

Diaspor Jurnalistləri Birliyinin İlk Avropa Oyunları ilə bağlı növbəti yazısı İtaliya mediasında dərc olunub.

DJB-dən Publika.az-a verilən məlumata görə, “Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır” başlıqlı yazı ingilisdilli “italianinsider.it” saytında yayımlanıb.

Yazıda ilk Avropa Oyunlarının hər dörd ildən bir keçiriləcəyi qeyd olunur və bu Oyunları birinci dəfə Azərbaycanın qəbul etmək şərəfinə nail olduğu vurğulanır.

Məqalədə Azərbaycanda ilk Avropa Oyunları ilə bağlı aparılan hazırlıq işlərindən danışılır. Bildirilir ki, Azərbaycan “Bakı-2015” yarışlarında 6 min idmançını salamlamağa hazırdır. Yazıda İlk Avropa Oyunlarında iştirak edəcək atletlərin 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansının olduğu bildirilir.

“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin İdman şöbəsinin müdiri Pierce O'Callaghanın fikirlərinə də yer verilib: “Təşkilati nöqteyi-nəzərdən biz hər şeyə hazırıq. Biz bütün görüş yerlərini, idman zallarını yoxlamışıq. Bizim əhvali-ruhiyyəmiz çox yüksəkdir. Həyəcanla ilk Avropa Oyunlarının açılış mərasimini gözləyirik”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm