Xalq artisti: ”Ölkəmiz qapılarını qonaqların üzünə sevinc içərisində açacaq”
Bizi izləyin

Bakı 2015

Xalq artisti: ”Ölkəmiz qapılarını qonaqların üzünə sevinc içərisində açacaq”

“Avropa Oyunları təkcə idman yarışı deyil, eyni zamanda, ölkəmizin müstəqilliyinin dünyada bir daha qəbul olunmasına, daha da yaxından tanınmasına xidmət edən mötəbər tədbirdir. Mən deyərdim ki, böyük bir tarixi hadisədir”.

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Azərbaycanda keçirilən Avropa Oyunlarından danışarkən belə deyib.

Təssüratlarını Publika.az-la bölüşən xalq artisti ilklərin həmişə tarixə düşdüyünü deyib: “Dünyada məşhur olan “Eurovision” yarışmasının ölkəmizdə keçirilməsi bizi qürurlandırdı. İndi də dünyada ilk olan Avropa Oyunları keçiriləcək. Bir azərbaycanlı olaraq bu ilkə görə fəxarət hissi keçirirəm. Ölkəmiz qapılarını qonaqların üzünə sevinc içərisində açacaq. İnanıram ki, hər kəs Azərbaycandan xoş təəssüratlarla geri dönəcək. Bütün Azərbaycan sevinc içərisindədir. Odlar yurdumuzda keçirilən məşəl festivalını xüsusilə qeyd etmək istəyirəm. Bölgələrdə yaşanan izdiham, bayram əhvali-ruhiyyəsi bütün ölkəni bürüyüb. Bu bayramın dadını çıxarmalıyıq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm