• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Norveç səfiri: Birinci Avropa Oyunları Azərbaycan üçün mühüm hadisə olacaq

Norveç səfiri: Birinci Avropa Oyunları Azərbaycan üçün mühüm hadisə olacaq

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen “CNN” telekanalının saytında yayılan müsahibəsində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətindən danışıb.

AZƏRTAC xəbər verir ki, səfir birinci Avropa Oyunlarının Azərbaycan üçün mühüm hadisə olacağını qeyd edib. O deyib: “Bu Oyunlar Azərbaycan və beynəlxalq idman ictimaiyyəti üçün vacib hadisədir. Birinci Avropa Oyunlarını izləmək üçün Bakıya gələcək turistlər Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, dünyada tanınan qonaqpərvərliyinin şahidi olacaq və bundan zövq alacaqlar”.

Səfir Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini vurğulayaraq deyib: “Azərbaycan və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi Oyunlar üçün ciddi hazırlıq işləri həyata keçirib. Komitənin tərkibində könüllülər və atletlərdən ibarət gənc və parlaq iştirakçılar var. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi üçün ekspertlərlə təcrübə mübadiləsi aparılır”.

Diplomat Avropa Oyunlarında yarışacaq Norveç atletlərinin hazırlığından da danışıb. O deyib ki, Norveçdən Bakıya 57 atlet gələcək. Atletlər 17 idman növü üzrə mübarizə aparacaqlar. Atletlərimizin yüksək hazırlığına əsaslanaraq Norveç Olimpiya Komitəsi Avropa Oyunlarında ən azı üç medal qazanacağımıza ümid edir. Atletlərimiz arasında dünyanın ən güclü qılıncoynadanlarından olan Bartosz Piasecki də var. O, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib. B.Piasecki Bakıda da medal uğrunda mübarizə aparacaq.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR