Bakı 2015: Bosniya və Herseqovina 57 idmançı ilə təmsil olunacaq
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Bosniya və Herseqovina 57 idmançı ilə təmsil olunacaq

Bosniya və Herseqovina İlk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq. Bu barədə Sarayevoda Bakı-2015-lə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilib.

Publika.az xəbər verir ki, “Köhnə qitə”nin ilk böyük miqyaslı yarışı olan “Bakı 2015”-dən bəhs olunan tədbirdə yarışların 50 ölkədən 6 mindən artıq atleti bir araya gətirəcəyi vurğulanıb. Bildirilib ki, İlk Avropa Oyunlarının proqramına Olimpiya idman növləri ilə yanaşı, dörd qeyri-olimpiya idman növü də daxildir. Bu yarış, həmçinin bəzi idman növləri üzrə 2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.

Diqqətə çatdırılıb ki, “Bakı 2015”-də 57 idmançı və 19 məşqçi ilə təmsil olunacaq Bosniya və Herseqovina nümayəndə heyətinə Said Fazlagiç başçılıq edəcək. Bu ölkəni təmsil edəcək idmançılar 8 idman növü (atletika, üzgüçülük, boks, avarçəkmə, cüdo, velosiped, atıcılıq, stolüstü tennis) üzrə mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm