“Sport1.de” saytı: “Bakı-2015” Avropa idmanı üçün yaxşı başlanğıcdır
Bizi izləyin

Bakı 2015

“Sport1.de” saytı: “Bakı-2015” Avropa idmanı üçün yaxşı başlanğıcdır

Almaniyanın Yunan-Roma güləşi üzrə Avropa çempionu Frank Stabler Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında qızıl medal qazanmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, ilk Avropa Oyunları ilə bağlı fikirlərini Almaniyanın “sport1.de” saytı ilə bölüşən F.Stabler Bakıda əsl idman rəqabətinin olacağını deyib.

O bildirib: “Mən qızıl medal uğrunda mübarizə aparacam. Hesab edirəm ki, əsl idman mübarizəsi üçün Azərbaycandan daha yaxşı yer ola bilməz. Çünki Bakıda 12 min tamaşaçı qarşısında tatamiyə çıxacağıq. Biz güləşçilər meydanda olarkən həmişə qızğın atmosferin olmasını arzulayırıq. Almaniyada güləş çempionatlarının nadir hallarda 1000 nəfər tamaşaçısı olur. Ümid edirəm ki, Bakıda daha böyük atmosferlə qarşılaşacam”.

Almaniyalı güləşçi “Bakı-2015” ilk Avropa Oyunlarını Avropa idmanı üçün yaxşı başlanğıc adlandırıb.

Məqalənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm