Bakı 2015: Daha 8 ölkənin yığması gəldi
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Daha 8 ölkənin yığması gəldi

Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniyanın idmançıları Azərbaycana gəliblər.

Publika.az xəbər verir ki, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.

İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olublar. 4 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Qeyd edək ki, yarışlara kimi Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm