Bakı 2015
Avropa mətbuatı: İdmançılar İlk Avropa Oyunlarına hazırdırlar
Avropanın müxtəlif ölkələrini təmsil edən idmançılar iyunun 12-28-də Azərbaycanda keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunlarına tam hazırdırlar.
Publika.az xəbər verir ki, Oyunlarda iştirak edəcək idmançılar səylə hazırlaşdıqları yarışlarda uğur qazanacaqlarına inanırlar.
Böyük Britaniyanın www.scottishgymnastics.org saytında dərc olunan məqalədə bu ölkənin Birinci Avropa Oyunlarında 13 idman növündə təmsil olunacağı vurğulanır. Qeyd olunur ki, 17 gün davam edəcək yarışlarda Böyük Britaniyanın ən yaxşı kişi gimnastı Frank Beynz də iştirak edəcək.
Birinci Avropa Oyunlarında İrlandiyadan 14 idman növünü təmsil edən 63 idmançı iştirak edəcək. Bu barədə “sportswomen.ie” saytında dərc olunan məqalədə məlumat verilir. Bildirilir ki, ümumilikdə İrlandiyanı 12 idman növündə 27 qadın atlet təmsil edəcək.
“lsm.lv” saytında ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Jorj Tikmersin müsahibəsinə istinadən məlumat verilir ki, birinci Avropa Oyunlarında Latviyanı 67 idmançı təmsil edəcək.
“Birinci Avropa Oyunlarında qeyri-Olimpiya idman növlərində də yarışlar keçiriləcək. Şəxsən mən karate və sambonun Oyunlara daxil edəlməsinə çox şadam”, - deyə Latviyanın Milli Olimpiya Komitəsinin prezidenti bildirib.
Azərbaycanın Oyunlara ənənəvi Şərq təntənəsi ilə hazırlaşdığının qeyd olunduğu yazıda yarışlar üçün nəhəng infrastrukturun yaradıldığı bildirilir.
“Oyunlarda iştirak edəcək hər kəsin rahatlığını təmin etmək üçün Azərbaycan hökuməti əlindən gələni edib. Atletlər Kəndində idmançılar üçün hər cür şərait yaradılıb. Xarici nümayəndələrin rahatlığı üçün hər şey nəzərə alınıb. Ümumilikdə 59 Olimpiya, 200 dünya çempionunun iştirak etdiyi birinci Avropa Oyunlarında Latviyanı da ən yaxşı idmançılar təmsil edəcək. Xüsusilə çimərlik voleybolu və cüdoda medal qazanacağımıza inanıram”, - deyə J.Tikmers müsahibəsində qeyd edib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB