Açılış mərasimi Baku2015.com-da və YuoTube-da canlı yayımlanacaq
Bizi izləyin

Bakı 2015

Açılış mərasimi Baku2015.com-da və YuoTube-da canlı yayımlanacaq

“Bakı 2015”-in rəqəmsal ekosistemi qısa vaxtdan sonra “Oyun zamanı” rejimində çalışacaq. Rəqəmsal ekosistemin inteqrasiyası üzərində son tamamlama işləri aparılır və sistem veb və sosial media platformalarından istifadə etməklə istifadəçiyə yaxşı təcrübə bəxş edəcək.

Publika.az xəbər verir ki, Avropa Oyunlarında şəbəkənin olması Baku2015.com rəsmi saytı vasitəsilə mərkəzləşdirilir. Burada iyunun 12-dən 28-dək bütün videolar və idman yarışları canlı göstəriləcək. Saytda yarışlar haqqında tam məlumatlar, o cümlədən son xəbərlər, nəticələr, gündəlik qrafiklər, medal cədvəlləri və yarışlarda iştirak edəcək 6 min idmançının tərcümeyi-halı yerləşdirilir.

Oyunlar üçün çoxfunksiyalı təlimatlar da daxil olmaqla “Bakı 2015” mobil proqramı ötən həftə hazırlanıb. Proqram, həmçinin “Baku 2015”-in bütün yarışlarının canlı yayımını, habelə idman məkanları, idman növləri və idmançılar üzrə səhnəarxası məlumatları da təqdim edəcək.

Açılış mərasimi Bakı vaxtı ilə 21:00-da Baku2015.com saytında və YouTube-da canlı yayımlanacaq.

Baku2015.com saytı və mobil proqram istifadəçiləri paytaxtın enerji dolu şəhər həyatına cəlb etmək və onların şəhərin ən möhtəşəm hadisəsində yaxından iştirak etmələrinə dəstək olmaq üçün BiginBaku tərəfindən tamamlanıb. Hər iki kanal idman və mədəni tədbirləri izləmək üçün Twitter, Facebook, YouTube və İnstagram kimi səhifələrə tam inteqrasiya olunub.

Bu nadir çoxkanallı yanaşma istifadəçiləri “Bakı 2015” yarışlarına daha da yaxınlaşdırmaqla yanaşı, Azərbaycan paytaxtının cəlbediciliyini və burada olan mühiti yaddaşlara köçürür. Bu yanaşma media və platformaların birlikdə işlənməsi nəticəsində innovativ təcrübədən yaranıb.

“Bakı 2015” mobil proqramı iOS, Android, Windows Phone-dan yüklənə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm