Azay Quliyev: “Azərbaycan Avropa Oyunları ilə şərəfli tarix yazacaq”
Bizi izləyin

Bakı 2015

Azay Quliyev: “Azərbaycan Avropa Oyunları ilə şərəfli tarix yazacaq”

“Azərbaycan “Bakı 2015” İlk Avropa Oyunlarına hazırlıq işini ən yüksək səviyyədə uğurla başa çatdırıb. Tam əminəm ki, Azərbaycan bu Oyunlara yüksək səviyyədə ev sahibliyi edərək başa çatdıracaq”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarını ilk keçirən ölkə kimi dünya tarixinə düşəcək. A.Quliyev deyib ki, Azərbaycan Avropa Oyunlarının standartlarını yaradan və meyarlarını müəyyənləşdirən ölkə kimi şərəfli tarix yazacaq: “Bu Oyunların keçirilməsinə kim nə deyirsə, desin, hansı böhtanı atırsa, atsın, ancaq Azərbaycan öz doğru yolundan əsla geri çəkilən deyil. Bu gün Azərbaycan Avropanın bir hissəsi olaraq, onun idman tarixinə xüsusi töhfə verən ölkə kimi ən xoş sözlərə layiqdir. Şübhəsiz ki, Avropanın obyektiv vətəndaşları Azərbaycanın bu işini çox yüksək qiymətləndirir. Təsadüfi deyil ki, artıq bütün Avropa ölkələrindən Azərbaycana insanlar axışır. Artıq Azərbaycan Avropanı qəbul etməyə tam hazırdır. Baxın görün, kiçik bir ölkə olan Azərbaycan qədim tarixə malik olan inkişaf etmiş Avropa ölkələrini qəbul edir, təhlükəsizlik şəraitində idman oyunlarına ev sahibliyi edir. Bütün bunlara görə mən bir vətəndaş kimi Azərbaycan Prezidentinə və Avropa Oyunları ilə bağlı Təşkilat Komitəsinin sədri hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm