Əməkdar artist Nüşabə Ələsgərli: “Onları pərişan edəcəyik”
Bizi izləyin

Bakı 2015

Əməkdar artist Nüşabə Ələsgərli: “Onları pərişan edəcəyik”

“Bakı-2015” Birinci Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Prosesi çox maraqla izlədiyini söyləyən əməkdar artist Nüşabə Ələsgərli Publika.az-a müsahibəsində Birinci Avropa Oyunları ilə bağlı öz hazırlıqlarından danışıb:

“Mən fəxr edirəm ki, ilk Avropa Oyunları dünya ölkələri arasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu bir tarixdir. Azərbaycan tarix yazır. Sözdə yox, əməldə!. “Eurovision” musiqi yarışmasında biz artıq bir tarix yazdıq. Bu da bir tarixdir. Hesab edirəm ki, Avropa Oyunları Azərbaycanı dünyada tanımayan insanlara belə tanıdacaq. Təbii ki, bizim ölkəmizi sevməyənlər var. Onları pərişan edəcəyik. Uğurlarımız bol olsun”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm