Rafiq Əzimov: “İlklərə imza atmaq hər ölkəyə nəsib olmur”
Bizi izləyin

Bakı 2015

Rafiq Əzimov: “İlklərə imza atmaq hər ölkəyə nəsib olmur”

“İnanın sevincimdən ürəyim dağa dönür. Ölkəmizdə keçirilən Avropa Oyunlarını səbirsizliklə gözləyirəm. Bir azərbaycanlı olaraq qürurdan gözlərim yaşarır”.

Publika.az-a açıqlama verən xalq artisti, akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov Azərbaycanda keçiriləcək Avropa Oyunlarından danışarkən belə deyib.

Aktyor beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin bizim üçün fəxr olduğunu dilə gətirib:

“İlklərə imza atmaq hər ölkəyə nəsib olmur. Bu şans hər zaman şanslı olan ölkəmizə nəsib olub. Çox az vaxt qaldı. Yaxın günlərdə ayrı-ayrı ölkələrdən qonaqlarımız gələcək. Evimizə bir qonaq gələndə ən gözəl xörəklər bişirilir, ən gözəl paltarlar geyinilir. Təsəvvür edin, bütün Azərbaycan indi bu əhvali-ruhiyyədədir. Vətənim öz ağuşunu geniş açaraq qonaqlarını qəbul edəcək. Onların qarşısına elə çıxmalıyıq ki, xoş təəssürat yarada bilək. Öz qonaqpərvərliyimizlə nümunə olan xalqıq, bu dəfə də üzümüz ağ, alnımız açıq olacaq. Azərbaycanımın adı daha da yüksələcək, şöhrətinin üstünə şöhrət gələcək”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm