Türkiyənin “Dailysabah” nəşri I Avropa Oyunlarından yazdı
Bizi izləyin

Bakı 2015

Türkiyənin “Dailysabah” nəşri I Avropa Oyunlarından yazdı

Türkiyənin “Dailysabah” nəşrində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 12-də açılışı olacaq birinci Avropa Oyunlarının bütün dünyanın diqqətini Bakıya cəlb edəcəyi bildirilir. Avropanın 49 ölkəsindən 6 min idmançı idmanın 20 növü üzrə mübarizə aparacaq. Türkiyə bu Oyunlarda 190 atlet, o cümlədən 109 kişi, 81 qadın atletlə təmsil olunacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verən nəşr diqqətə çatdırıb ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları dünya ictimaiyyətinin Azərbaycanı daha da yaxından tanımalarında mühüm rol oynayacaq.

Qeyd edilib ki, türkiyəli atletlər Bakıdan daha çox medalla qayıtmaq niyyətindədirlər. Türkiyə atletlərinin ilk qrupu artıq Bakıdadır. Atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun jurnalistlərə açıqlamasında idmançıların qardaş ölkə Azərbaycanda özlərini doğma vətəndəki kimi hiss etdikləri barədə fikirləri də yazıda xüsusi vurğulanıb. Bütün infrastruktur hazırdır. Birinci Avropa Oyunları Azərbaycan ilə yanaşı, Türkiyənin də qürur duyacağı idman bayramı olacaq. Mükəmməl idman infrastrukturuna sahib olan Azərbaycan bu mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək. İdmançılarımızın azərbaycanlı qardaşları ilə birlikdə birinci Avropa Oyunlarında uğurlu nəticələr əldə edəcəklərinə inanıram. Onların zəfəri Azərbaycanın zəfəri, azərbaycanlı idmançıların uğuru isə bizim uğurumuz olacaq.

Yazıda qeyd edilib ki, Türkiyə nümayəndə heyəti rəhbərinin müavini Ozan Çetiner Oyunlarda 35-dən çox medal qazanmaq iddiasında olduqlarını bildirib. O, Azərbaycanın bu beynəlxalq idman tədbirini uğurla təşkil edəcəyinə əminliyini diqqətə çatdırıb.

Məqalədə sinxron üzgüçülük üzrə Türkiyə millisinin baş məşqçisinin köməkçisi Laçın Akçalın Oyunlarla bağlı aşağıdakı fikirləri təqdim olunur: “Bakıda mübarizə aparmağımız bizə əlavə stimul verir. Azərbaycan bizə doğma ölkədir. Biz bu Oyunları ən yüksək səviyyədə təşkil edəcəyik”.

Nəşrdə, həmçinin Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm olacağı da qeyd edilib.

Məqalənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm