Paytaxt sakinləri Avropa Oyunlarına bilet qazandılar - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Paytaxt sakinləri Avropa Oyunlarına bilet qazandılar - FOTOLAR

Avropa Oyunları ərəfəsində Bakının mərkəzində - Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı altında mövbəti maraqlı aksiya keçirilib.

Trend xəbər verir ki, gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər.

Basketbolçular və boksçular maraq göstərən hər kəsə bu idman növündə öz güclərini sınamaq imkanı yaradıblar. Aksiya hər kəsin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşulub, idmançılarla birgə Avropa Oyunlarına öz dəstəyini göstərərək yarışıblar.

Şəhər sakinləri və paytaxtın qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsindəki basketbol və boks üzrə yarışlara biletlər qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm