İlk ensiklopedik sayt “Bakı 2015”lə bağlı təbliğata başladı
Bizi izləyin

Bakı 2015

İlk ensiklopedik sayt “Bakı 2015”lə bağlı təbliğata başladı

Azərbaycan Respublikasının ilk ensiklopedik saytı İlk Avropa Oyunlarına dəstək məqsədi ilə yeni rubrikaya start verdi.

Publika.az-ın məlumatına görə, ölkənin ilk ensiklopedik saytı olan Azens.az-da Avropa Oyunları ərəfəsində Azərbaycan dilində olmayan idman məlumatlarını yayımlanacaq. Məlumatlar sırasında Azərbaycanın unudulmuş və müasir idmançıları, idman tarixi və simvollar yer alacaq. Bu məlumatlar Azərbaycan Vikipediyasında da yerləşdiriləcək.

Qeyd edək ki, Azens.az saytı vasitəsilə Azərbaycan Vikipediyasına 200-dən çox məlumat yerləşdirilib.

Azərbaycanın ilk ensiklopedik saytı 2012-ci ildə YAP tərəfindən yaradılıb. Saytda Azərbaycan dilinə ilk tərcümə edilmiş və nadir araşdırmalar yer almaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm