Səidə Quliyeva: “Qonaqlarımızı xalqımızın adət-ənənələrinə uyğun qarşılamalıyıq”
Bizi izləyin

Bakı 2015

Səidə Quliyeva: “Qonaqlarımızı xalqımızın adət-ənənələrinə uyğun qarşılamalıyıq”

“Odlar yurdu Azərbaycan dünyaya səs salacaq bir tədbirə evsahibliyi edəcək. Bütün Avropanın ürəyi Azərbaycanda döyünəcək. Hər kəs bizdən danışacaq”.

Xalq artisti, tanınmış aktrisa Səidə Quliyeva Azərbaycanda keçirilən Avropa Oyunlarından danışarkən belə deyib.

Publika.az-a açıqlama verən xalq artisti təssüratlarını belə ifadə edib:

“Dünyanın 50-dən artıq ölkəsinin idmançısı Bakıya gələcək. Bu tədbir həm ölkəmizin dünyada olan nüfuzunu bir daha artıracaq, həm də iqtisadiyyatımıza xeyir verəcək. Ölkəmizə saysız-hesabsız turist axını olacaq. Biz qonaqlarımızı xalqımızın gözəl adət-ənənələrinə uyğun şəkildə qarşılamalıyıq. Onların pişvazına elə çıxmalıyıq ki, uzun müddət bizim haqqımızda danışsınlar. Axı, biz barışsevər, qonaqpərvər xalqıq, bunu bir daha xarici qonaqlara nümayiş etdirməliyik. Eyni zamanda, qədim mədəniyyətə malik olan bir xalq olduğumuzu gəlib öz gözləri ilə görəcəklər. Milli xörəklərimizdən dadıb, musiqimizi dinləyib, tarixi məkanlarımızı görüb, təbiətimizə heyran qalıb, Azərbaycana vurulacaqlar”.

Səidə Quliyeva oyunları yaxından izləmək imkanı olmasa, televiziya vasitəsi ilə idmançılara azarkeşlik edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm