• USD 1,7020 0,00% EUR 1,8939 -0,65%
    • GBP 2,1809 -0,52% RUB 0,0301 +0,33%

İtalyan fotojurnalistin Bakı düşüncələri

İtalyan fotojurnalistin Bakı düşüncələri

Bakı 2015 Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycanın paytaxtı Bakıya çoxsaylı jurnalistlər gəlib.

İtaliyalı fotojurnalist Yakob Barsoni Loun Bakı, Birinci Avropa Oyunları və Azərbaycan mədəniyyəti haqqında fikirlərini Publika.az-la bölüşüb:

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. Ötən səfərimdə bura Türkiyədən gəlmişdim. Həmin vaxt Azərbaycanda prezident seçkilər keçirilirdi. Bakı çox gözəl şəhərdir. Birinci gəlişimdə daha çox yerlərə getmişdim. Bir çox tarixi abidələri ziyarət etmişdim. İlk səfərimdən bu yana Bakı daha da gözəlləşib. Olimpiya kəndi və buradakı tikililər valehedicidir. İçərişəhərdə oldum. Ora çox qədimdir. Sizin musiqilərinizi də çox sevirəm və zövq alıram”.

Loun Azərbaycanın yarışlardakı uğurlarından da xəbərdar olduğunu deyib:

“Azərbaycan bir çox yarışlarda uğurlar qazanıb. Azərbaycanlılar boks və güləşdə çox güclüdür. İnanıram ki, bu sahədə ən çox medalı Azərbaycan götürəcək”.

Foto: Elçin Murad

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR