Polşada I Avropa Oyunlarına dəstək aksiyası keçirilib – VİDEO/FOTO
Bizi izləyin

Bakı 2015

Polşada I Avropa Oyunlarına dəstək aksiyası keçirilib – VİDEO/FOTO

İyunun 10-da Polşanın paytaxtı Varşavada Bakı 2015 I Avropa Oyunlarına dəstək aksiyası keçirilib.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin təşkilatçılığı ilə keçirilmiş aksiya çərçivəsində Varşava sakinlərinə və universitet tələbələrinə I Avropa Oyunlarına aid jurnallar, məlumat bukletləri, Bakı 2015 köynəkləri, eləcə də Azərbaycan bayraqları ilə oyunların loqosu əks olunmuş bayraqlar paylanıb. Varşavalılara bu oyunlar barədə ətraflı məlumat verən aksiya təşkilatçıları Azərbaycan və Bakı 2015-in bayraqlarını müxtəlif obyektlərə də paylayıb, varşavalılara Azərbaycana aid müxtəlif suvenirlər də təqdim ediblər.

“I Avropa Oyunlarına iki gün qaldı. Bakı sizi gözləyir” şüarı altında keçirilən aksiyada şəhərin mərkəzi parklarında sakinlərlə söhbət aparılıb. Varşavalılar kontinentin Olimpiya Oyunları barədə məlumatlı olduqlarını deyərək Bakının I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə və Avropa Oyunları üçün yaxşı ənənə yaradacağına inandıqlarını bildiriblər.

Günün ikinci yarısında aksiya təşkilatçıları Varşava Dövlət Ali Psixologiya Universitetndə də olublar. Burada Universitet rəhbərlyi ilə görüş keçirilib. Azərbaycan və Bakı haqqında çox eşitdiklərini deyən Universitet təmsilçiləri ölkəmizə səfər etməyi arzuladıqlarını bildiriblər. Daha sonra aksiya təşkilatçıları Universitetin akt zalına dəvət olunublar. Orada məzun sertifikatları alan tələbələrə Bakı 2015-ə aid müxtəlif materiallar və hədiyyələr verilib. Gənclər bu oyunlara böyük maraq göstərdiklərini və yarışları televiziya vasitəsilə izləyəcəklərini deyiblər. Polşalılarla yanaşı, digər Avropa ölklərindən olan tələbələr də Bakı 2015 I Avropa Oyunlarına aid jurnallara böyük maraq göstəriblər. Onlara oyunlara aid videoçarxın yer aldığı disklər də hədiyyə olunub.

Aksiyada digər diqqətçəkən vasitələrdən də istifadə olunub. Belə ki, səhər saatlarından etibarən Varşavanın müxtəlif küçələrində yerləşən mağaza və iaişə obyektlərindən “ I Avropa Oyunlarına iki gün qaldı, Bakı sizi gözləyir” şüarı yazılmış bannerlər asılıb. İgilis və polyak dilində yazılmış bu şüardan tələblərlə keçirilən görüşlərdə də istifadə olunub.

Aksiya ümumilikdə 300-dən artıq şəxsi əhatə edib və olduqca böyük maraqla qarşılanıb. Varşavalılar Azərbaycanı salamlayıb, I Avropa Oyunlarının iştirakçılarına və xüsusən də Polşa təmsilçilərinə uğurlar arzulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm