Kifayət Qasımova: “İlk Avropa Oyunlarında uğurlu çıxışımın karyeramda önəmi böyükdür”
Bizi izləyin

Bakı 2015

Kifayət Qasımova: “İlk Avropa Oyunlarında uğurlu çıxışımın karyeramda önəmi böyükdür”

Avropa Oyunlarında iştirak edəcək idmançılarımzdan biri də cüdoçu Kifayət Qasımovadır. O, Oyunlarda -57 kq çəki dərəcəsində mübarizə aparacaq. Düzdür, onun medal qazanmasına federasiyanın ümidi böyük idi. Ancaq zədələnməsi bu ümidləri bir az zəiflətdi. Amma bu tərəddüdə ehtiyac yoxdur.

Publika.az-ın əldə etdiyi məlumata görə, artıq idmançı sağalmağa doğru gedir. İndi federasiya Avropa Oyunlarında çıxış edəcək Kifayətdən medal gözləyirlər. Kifayət Qasımova özü də Avropa Oyunlarına hazır olduğunu dilə gətirib. O Avropa Oyunlarındakı uğurlu çıxışı ilə karyerasında böyük dəyişiklik edəcəyini düşünür. Xanım cüdoçu açıqlamasında Avropa Oyunlarına güclü cüdoçuların gələcəyini də vurğulayıb:

“İlk Avropa Oyunlarında uğurlu çıxışımın karyeramda önəmi böyükdür. Həmçinin 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunlarına yolumu aça bilər. İndi məqsədim doğma meydanda nəticə qazanmaqdır. Təbii ki, azarkeşlərin dəstəyi də bizə kömək olacaq. Rəqiblərim heç də zəif deyil. Bu mötəbər turnirə Avropanın ən güclü idmançıları gəlir”.

Publika.az-ın əldə etdiyi digər bir məlumata görə isə Avropa Oyunlarında uğurlu çıxış edəcək cüdoçularımızı federasiya tərəfindən də yüksək mükafat gözləyir. Hazırda mükafatın məbləği haqda məlumat ala bilməsək də, indidən siyahının hazırlandığı bildirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm