Bakı 2015
Xalq artisti: ”Avropa Oyunları bu qüdrəti daha da artıracaq”
“Hər kəs “Bakı 2015”-in sevincini yaşayır, xalqım bayram əhvali-ruhiyyəsindədir. Uşaqdan böyüyə hər kəs beynəlxalq tədbirin başlanacağı günü gözləyir”.
Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov ölkəmizdə keçiriləcək Avropa Oyunlarından danışarkən belə deyib.
Aktyor təəssüratlarını Publika.az-la bölüşüb:
“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük bir tarixi hadisədir. Ölkəmizi dünya səviyyəsində tanıdacağıq, onun adı güclü dövlətlərlə eyni sırada çəkiləcək. Onsuz da ölkəmiz qüdrətli, güclü ölkədir, amma Avropa Oyunları bu qüdrəti daha da artıracaq. Dünyanın diqqəti ölkəmizdə olacaq, hər kəs bizdən danışacaq. Mən hesab edirəm ki, bu tədbir eyni zamanda bir bayram təntənəsi deməkdir. Xalqımız qonaq-qara qarşılamağa hazırlaşır, bunun özü bayram demək deyilmi? Nəinki Bakı, bütün bölgələrimiz bu bayramın izdihamına hazırlıq görür. Abadlaşan bölgələri, yeni tikilən idman və mədəniyyət komplekslərini görəndə adamın sevincdən ürəyi dağa dönür. Biz avropalıların qarşısına elə çıxmalıyıq ki, qonaqpərvərliyimiz dillərində dastan olsun”.
Cəvahir
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...